Cümə , 29 Mart 2024
Ana səhifə / Dünya / Vladimir Putin onun namizədliyini baş nazir vəzifəsinə təklif edib

Vladimir Putin onun namizədliyini baş nazir vəzifəsinə təklif edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin baş nazir vəzifəsinə namizədliyini Dövlət Dumasına təqdim edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir:
“Vladimir Putin Mixail Mişustinlə işgüzar görüş keçirib və ona hökumət başçısı vəzifəsini təqdim edib. Razılıq aldıqdan sonra o, Mişustinin namizədliyini baxması üçün Dövlət Dumasına təqdim edib”.
Mişustin 2010-cu ilin aprel ayından Federal Vergi Xidmətinə rəhbərlik edir. Onun 54 yaşı var.
Qeyd edək ki, dünən Rusiyanın baş naziri Dmitri Medvedev ölkə prezidenti Vladimir Putinin Federasiya Şurasına müraciətindən sonra hökumətin tam tərkibdə istefaya getdiyini açıqlayıb.
Dmitri Medvedev bəyan edib ki, dövlət başçısının Konstitusiyada dəyişikliklər barədə təklifləri fonunda bu qərarı doğru hesab edir.
Putin Medvedev hökumətinə təşəkkür edib və yeni kabinet formalaşana qədər vəzifələrini yerinə yetirməyi tapşırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir