Cümə , 11 Oktyabr 2024
Ana səhifə / İran / Ağır iqtisadi vəziyyətdə olan İran Rusiyadan 5 milyard dollar kredit istəyib

Ağır iqtisadi vəziyyətdə olan İran Rusiyadan 5 milyard dollar kredit istəyib

Ağır iqtisadi böhranla üzləşən və təqribən 4.7 milyard dollar büdcə kəsri yaranan İran dilemmadan qismən çıxmaq üçün kredit almaq niyyətindədir.

Bu istiqamətdə bu gün ölkənin Enerji naziri Rza Ərdəkaniyanın Moskvaya səfər edib, bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Nazir özü ötən gün keçirilən hökumət kabinetinin iclasında 5 milyard dollarlıq kreditin alınmasına İran Milli Məclisi tərəfindən razılıq verildiyini, pulun 1-2 milyard dollarının Hörmüzqanda 1400 megavatlıq elektrik stansiyasının tikintisinə, 1 miyardının isə İncəburun- Gərmsar dəmir yolunun elektrik dirəklərinin basdırılması və xəttlərinin çəkilməsinə sərf ediləcəyini deyib.

“Mən Rusiya ilə Müştərək İqtisadi Əməkdaşlıqlar Komissiyasının sədri kimi bu ölkənin İrana ayırdığı dövlət krediti üzrə zəruri prosesləri həyata keçirmək üçün müxtəlif orqanların nümayəndələrindən ibarət heyətlə sabah Moskvaya yola düşəcəm”, – deyə nazir dünənki iclasda əlavə edib.

Rza Ərdəkaniyan qalan məbləğin 2 min metro vaqonunun alınması, Zahidan- Bircənd dəmir yolu xəttinin tamamması, Gotvənd Su Elektrik Stansiyasının gücünün 1000-dən 1640 megavata çatdırılması və 180 megavatlıq Əhvazın Ramin elektrik paylayıcı şəbəkəsinin yenidən qurulmasına sərf ediləcəyini bildirib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir