Cümə axşamı , 10 Oktyabr 2024
Ana səhifə / İran / Amerika BMT-nin Baş Assambleyasında iştirak etmək üçün Məhəmməd Cavad Zərifə viza verməyib

Amerika BMT-nin Baş Assambleyasında iştirak etmək üçün Məhəmməd Cavad Zərifə viza verməyib

Amerika Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka yola düşəcək İran prezidenti Həsən Ruhanini müşaiyət edən heyətin heç bir üzvünə viza verməyib.

İran yerli media orqanlarının diplomatik mənbələrə istinadən yaydıqları xəbərlərə görə, səfərin baş tutmasına təqribən 5 gün müddət qalmasına baxmayaraq, hələ ki, xarici işlər naziri Məhəmməd Cavad Zərif də daxil olmaqla, nümayəndə heyətinin heç bir üzvü ABŞ vizasını əldə edə bilməyib.

Mənbələr qeyd ediblər ki, prezidentin səfərinin proqramı hələlik qətiləşməyib və buna görə də, onun ləğv edilmə ehtimalı mövcuddur. Əgər bu baş versə, Həsən Ruhani və M.C.Zərif BMT-nin Baş Assambleyasında iştirak etməyəcəklər.

Xatırladaq ki, cari ilin iyul ayının 31-də Amerika İran XİN-in rəhbəri M.C.Zərifi sanksiyalar siyahısına daxil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir