Cümə axşamı , 10 Oktyabr 2024
Ana səhifə / İran / Amerika Xamneyinin oğlu və yaxın ətrafına qarşı sanksiyalar tətbiq edib- FOTO

Amerika Xamneyinin oğlu və yaxın ətrafına qarşı sanksiyalar tətbiq edib- FOTO

 Rəsmi Vaşinqton Amerikanın Tehrandakı səfirliyinin işğalının növbəti il dönümdə ötən gün İranın “dini lider”i Əli Xamneyinin oğlu Müctəba Xamneyi başda olmaqla, bir neçə yaxınına qarşı sanksiyalar tətbiq edib.

Xamneyinin ofisinin rəhbəri Məhəmməd Məhəmmədi Qolpayeqani və onun müavini Vəhid Həqqaniyan, eləcə də müşavirləri Hüdad Adil və Əli Əkbər Vilayəti sanksiya tətbiq edilmiş şəxslər arasındadırlar.

ABŞ həmçinin İranın məhkəmə sisteminin rəhbəri İbrahim Rəisi və Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bağıriyə qarşı da embarqolar tətbiq edib.

ABŞ Maliyyə Nazirliyinin məsələ ilə bağlı yaydığı bəyanatda qeyd edilir ki, bu sanksiyalar “dini lider” Əli Xamneyinin təyin etdiyi adamları hədəf alıb.

Bəyanatda Maliyyə naziri Stiven Mnuçinə istinadən həmin şəxslərin Əli Xamneyinin sabitliyi pozmağa hədəflənmiş siyasətlərində, eləcə də İran rejiminin 1973-cü ildə ABŞ Hərbi Dəniz Qüvvələri və 1994-cü ildə Argentinada yəhudilərə qarşı həyata keçirilmiş AMİA terror hücumlarında əllərinin olduğu vurğulanır.

“Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı Qulaməli Rəşid, eləcə də sabiq Müdafiə naziri və hazırda Xamneyinin hərbi məsələlər və Silahlı Qüvvələr üzrə ali müşaviri olan Hüseyn Dehqan da sanksiya tətbi edilmiş şəxslər siyahısındadır. Deqanın 1983-cü ildə Beyrutda Amerika Hərbi Dəniz Qüvvələrinə qarşı keçirilmiş və 241 hərbçinin ölümü ilə nəticələn hücum zamanı bu şəhərdə olduğu bildirilir.

ABŞ ordu, “Sepah” və polis qüvvələrindən təşkil edilmiş İran Silahlı Qüvvələrinin Baş Qərargahına qarşı da embarqo tətbiq edib.

Xatırladaq ki, bir neçə gün öncə Amerika İranın tikinti sektorunun “Sepah” terror təşkilatı ilə geniş əlaqələrinin olduğunu əsas gətirərək, sanksiyalar siyahısına salmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir