Cümə , 11 Oktyabr 2024
Ana səhifə / İran / İranın orbitə yeni satellit göndərməsi ilə bağlı 4-cü cəhdi məğlubiyyətə uğrayıb

İranın orbitə yeni satellit göndərməsi ilə bağlı 4-cü cəhdi məğlubiyyətə uğrayıb

Fevralın 9-da İranın orbitə yeni satellit göndərməsi ilə bağlı 4-cü cəhdi məğlubiyyətə uğrayıb.

Bu barədə, İranın Müdafiə Nazirliyinin kosmik bölməsinin sözçüsü Əhməd Hüseyni dünən jurnalistlərə açıqlamasında məlumat verib. O deyib ki, İranın Simnan əyalətinin fəza mərkəzindən orbitə göndərilən “Zəfər” adlı satellit, orbitə yerləşdirilməsi üçün əvvəlcədən nəzərdə tutulan sürətə çatmayıb: “Bu satellit cəmi 9 dəqiqə uçub.  Biz növbəti cəhdlərimizdə satellitin orbitə yerləşdirilməsi qarşısında olan mövcud nöqsanların aradan qaldırılması üçün lazım olan tədbirləri görəcəyik” -deyə, İranın Müdafiə Nazirliyinin kosmik bölməsinin sözçüsü Əhməd Hüseyni əlavə edib.

Qeyd edək ki, İranın kommunikasiya və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi bundan əvvəl jurnalistlərə açıqlamasında Tehranın orbitə yeni satellit göndərəcəyindən xəbər vermişdi.

ABŞ isə bildirir ki, İranın orbitə satellit göndərmək barədəki cəhdi, bu ölkənin ballistik raketlərinin inkişafını ört-basdır etmək mahiyyəti daşıyır.

Qeyd edək ki, İran bundan əvvəl 2009, 2011 və 2012-ci illərdə də orbitə satellitlər göndərib.

Amerika Birləşmiş Ştatları isə İranın satellitlərdən orbitə nüvə başlıqları daşınması üçün istifadə etdiyindən ehtiyatlanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir