Qonşu ölkələrə qarşı ”Müqavimət” adı altında aktivləşdirdiyi terror şəbəkələri ilə təhdid yaradan İranın xarici siyasətdə gündəmə gətirdiyi ”yaxşı qonşuluq” şüarı əslində ölkələrarası qarşılıqlı əməkdaşlıq kimi yox, qonşu ölkəlləri susdurmaq və imtiyaz əldə etmək cəhdi kimi dəyərləndirilməlidir.
İranın xarici siyasətindəki aldadıcı və təzadlı mövqeyi bu günlərdə Avropada keçirilən Vyana görüşlərində də özünü göstərir. Bu görüşlərdə İran əslində əldə olunmuş əvvəlki nüvə razılışmasına (5+1) dönməkdə və embarqoların qaldırılmasında maraqlı deyil. Çünki, İran özünün nüvə, hərbi (uzunmənzilli raketlərin 4000 km-ə çatdırılması, çoxsaylı yeraltı raket bazaları) və ”Embarqodan yayınma planı” üzərində odaqlanıb.
Bu görüşlərdə İranın əsas məqsədi atom proqramını genişləndirmək üçün zaman qazanmaqla yanaşı, qlobal təsir imkanı olan ölkələr arasında İrana münasibətdə fikir ayrılığını dərinləşdirməkdən ibarətdir.
Savalan Araşdırmalar Mərkəzi Araşdırmaçı Sadiq İsabəyli