Bazar , 18 Aprel 2021
Ana səhifə / İran / İranın Səhiyyə naziri: “Daha ağır günlərə hazırlaşmalıyıq”

İranın Səhiyyə naziri: “Daha ağır günlərə hazırlaşmalıyıq”

İranın Səhiyyə naziri Səidi Nəməki cari ilin payız və qış aylarında ölkədə koronavirusun 2-ci dalğasının yayılma ehtimalının olduğunu deyib.

O iddia edib ki, hazırki vəziyyətin may ayının sonuna qədər nəzarətə alınacağı ehtimal edilir. Lakin payızın başlanğıcında virus yenidən baş qaldıra bilər.

Nazir virusla mübarizəni şahmat oynamağa bənzədərək, onun gələcək aylar ərzində hansı formada davranacağının proqnozlaşdırıla bilmədiyini bildirib.

Səid Nəməki virusun tam sovuşmayacağını, buna görə də xalqın daha da ağır və çətin günlərə hazır olmasının zəruri olduğunu qeyd edib.

“Vaksin hazırlansa belə, onun İrana gətirilməsi iki ildən çox sürə bilər. Vaksini istehsal edənlər birinci öz ölkələrini təmin edəcəklər. Biz də bu istiqamətdə çalışmalıyıq, amma vaksini hazırlaya biləcəyimizə elə də böyük ümidimiz yoxdur”, – deyə Səhiyyə naziri əlavə edib.

Səid Nəməki sonda neft qiymətlərinin enməsi, bunun nəticəsində ölkə iqtisadiyyatının daha da çökməsinə diqqət çəkərək, virusun mutasiya edərək, daha da uzun müddət yayıla biləcəyini qeyd edib. O, belə olduğu təqdirdə, insanları daha da ağır günlərə hazır olmağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir