İran Milli Məclisinin Rəştdən seçilmiş deputatı Qulaməli Cəfərzadə İmənabadi təmsil etdiyi şəhərdə koronavirusun həyəcan təbili səviyyəsində olduğunu deyib.
O qeyd edib ki, Rəştdə epidemiyaya yoluxan və ondan ölənlərin sayı insanı dəhşətə gətirir.
Millət vəkili həmçinin şəhərdə koronavirusa yoluxan və ölənlərin sayının sürətlə yayılmasına baxmayaraq, tibbi ləvazimat və personelin yox səviyyədə olduğunu vurğulayıb.
“Koronavirusa yeni yoluxanların müalicə üçün yerləşdirilməsi üçün nə Rəşt, nə də ətraf bölgələrdə xəstəxanalarda yer yoxdur”, – deyə Qulaməli Cəfərzadə İmənabadi fikrini tamamlayıb.