Cümə , 29 Mart 2024
Ana səhifə / Məqalə / Farsçılığa qulluq edən siyasi-şiəçilik

Farsçılığa qulluq edən siyasi-şiəçilik

Farsçılığa xidmət edən siyasi fars-şiə terrorizminin aradan qaldırılması yolu ancaq İranın dəstəyilə regionda baş verən proseslərə dərindən baxış və düzgün strategiyanın qəbul edilməsindən keçir. Bu İstqamətdə Güney Azərbaycan Milli Hərəkatının potensialı və onun təsiredici gücü ayrıca nəzərə alınmalı və təhlil edilməlidir.

Əgər İraqdakı İrana bağlı terrorçuların varlığı Türkiyə dövlətinin Milli Təhlükəsizliyini hədəfə alırsa demək ki, Suriya və Livandakı İranın dəstəklədiyi Hizbullah terror təşkilatının da fəaliyyətləri Türkiyə və İsrail dövlətinə yönəlikdir. Bu sürəcdə həm də Rusiya və İranda Azərbaycan dövlətinə qarşı terror və ideolojik təbliğat və iş aparılır.

Demək ki, Türkiyə, Azərbaycan və İsrail dövlətləri mütləq birgə regional siyasət planı üzərində çalışmalıdırlar. Əlbəttə ki ,bu həlledici planda Güney Azərbaycanın starejik konumu və təsir imkanları mütləq nəzərə alınmalı və plana daxil edilməlidir. Çünkü, bu planın doğru icrası üçün bu dövlətlərin Güney Azərbaycana ciddi ehtiyacları olacaq. Umid edirəm, artıq gerçəklikləri görən bu dövlətlər yaxın zamanda bu konuda ciddi açıqlamalar verəcəklər.

Sadiq İsabəyli

Savalan Araşdırmalar Mərkəzi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir