Cümə axşamı , 25 Aprel 2024
Ana səhifə / Məqalə / Güney Azərbaycan Təşkilatları İş Birliyinin 21 Fevral- Beynəlxalq Anadili Günü münasibətilə bildirişi

Güney Azərbaycan Təşkilatları İş Birliyinin 21 Fevral- Beynəlxalq Anadili Günü münasibətilə bildirişi

21 Fevral Beynəlxalq Ana Dili Günü kimi tarixə düşmüşdür. 1999-cu ilin noyabrında Birləşmiş Millətlər Təşkilatı Bənqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan etmişdir. Bu günün ana dili günü kimi elanı 1952-ci il fevralın 21-də Bənqladeşin Bənqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 öyrəncinin öldürülməsi hadisəsi ilə bağlıdır.

Hazırda dünyada məhv olmaq təhlükəsi ilə qarşılaşan dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırlatmaqdadır.

Sözsüz ki, insan dünyaya göz açarkən bir sıra hüquqlara malik olur. Həmin təbii hüquqlardan biri də hər kəsin öz ana dilində dil açıb, təlim-tərbiyə görüb, öz dili ilə özünü inkişaf etdirməsidir. Ana dili habelə hər bir insana milli kimlik qazadıran əsas amillərdən biridir. Bununla yanaşı dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dilinin insan həyatının ayrıllmaz bir parçası olmasını nəzərə alaraq beynəlxalq hüquq və konvensiyalarda, özəlliklə 1948-cil il İnsan Haqları Konvensiyasında ana dili insanın vaz keçilməz haqqı kimi təsbit edilmişdir.

Beynəlxalq hüquq baxımından hər insanın öz dilində danışması, yazıb-oxuması və özünü ifadə etməsi onun təbii haqqıdır. İnsanın təkamülündə böyük rolu olan ana dilinin hər hansı bəhanə ilə qadağan olunması isə cinayətdir. Lakin İran adlanan yerdə qeyri-fars millətlərin, özəlliklə Azərbaycan Türk Millətinin dil hüququ kobudcasına tapdanıb və Azərbaycan Türk Milləti irqçi fars rejim tərəfindən davamlı mənəvi soyqırıma məruz qalmışdır. Eyni zamanda işğalçı İran rejim Güney Azərbaycanda öz dili və varlığının qorunub saxlanılması üçün çalışan onlarla Azərbaycan türkünü şəhid edib, minlərlə azərbaycanlını həbs və işgəncələrə məruz qoyub və qoymaqdadır. Lakin tayı-bərabəri görünməmiş bu zülm Azərbaycan Türk Millətinin iradəsini sındıra bilməyib. Hər bir fürsətdən istifadə edən azərbaycanlı gənclərin Təbrizdə və başqa Azərbaycan şəhərlərində Güney Azərbaycanın müstəqilliyi və öz müqəddəratını təyinin Azərbaycan millətinin hüququ olduğuna dair plakardlar qaldırmaları, “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun” və “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” şüarı səsləndirmələri buna sübutdur. Əlbəttə Azərbaycan Türk Millətinin övladlarının “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” şüarı səsləndirməkdə məqsədləri rejimin onsuz da əməl etmədiyi öz konstitusiyasının 15-ci maddəsi deyil, müstəqil Azərbaycan dövlətində öz dillərində təhsil almaq haqqıdır. Çünki, gərçək anlamda ana dilinin qorunması sadəcə onun siyasi coğrafiya və müstəqil dövləti olduğu təqdirdə mümkündür.

Biz Güney Azərbaycan təşkilatları olaraq, 21 Fevral- Beynəlxalq Ana dili Günü münasibəti ilə Azərbaycan Türk Millətinə təbrik deyib və onların ana dilini əsas götürərək tapdanmış bütün hüquqları uğrunda apardığı haqlı mübarizəsini yüksək qiymətləndiririk. İnanırıq ki, bu mübarizənin davamında Günüy Azərbaycanda dövlətinin qurulması ilə Azərbaycan Türk Millətinin dil hüququ da təmin ediləcək!

Güney Azərbaycan Təşkilatlar İş Birliyi:
1- Azadlıq Cəbhəsi
2-) Azərbaycan Mərkəz Partiyası (ACP-AMP)
3- Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
4 – Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
5 – Güney Azərbaycan Demokrat Partiyası (GADP)
6 – Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
7 – Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
8 – Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)
9- – Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir