Güney Azərbaycan Televiziyasının qurucusu və rəhbəri Əhməd Obalı İranda baş verən son hadisələr və etirazlarla bağlı Amerika Birləşmiş Ştatlarının “Westwood Van Network” radio şəbəkəsinə danışıb.
Radio verilişinin aparıcısı Jon Bəçılır proqramın əvvəlində cənab Əhməd Obalının fəaliyyətlərini təqdir edərək adının “Chicago Magazine” jurnalında dərc olunmasını yüksək qiymətləndirib. Aparıcı bundan sonra İranda baş verən son hadisələrlə bağlı bir neçə sual ünvanlayıb.
Ə.Obalı İranda əhalinin əksəriyyətinin gün keçdikcə daha çox yoxsullaşdığını bildirib. Onun sözlərinə görə, əhalinin sərvəti onlardan oğurlanaraq ölkənin xaricində İslam Cümhuriyyətinin ideyaları uğrunda xərclənir.
“Qeyd etmək lazımdır ki, ölkəni idarə edən şəxslər son etirazlarda əhalinin səsini eşitdi, lakin onların tələblərinə laqeyd qaldılar. Ona görə ki, məsullar əhalinin demokratiya tələb etməsi yerinə, onların yemək və gündəlik ehtiyaclarının təmini ilə məşğul olmasına üstünlük verir. Bu şəkildə demokratiya ilə bağlı tələbləri gözardı etməyə çalışırlar. Belə görünür ki, rejim bu teoriya üzərində hərəkət edir.”- deyə o çıxışının bir hissəsində qeyd edib.
Güney Azərbaycan Televiziyasının rəhbəri Qasim Süleymani öldürüldükdən sonrakı hadisələr və yeni etiraz dalğasına işarə edərək bildirib ki, əhalinin etirazı davam edir. Onlar evə gedir, sonra İraq və Bağdadda baş verdiyi kimi, yenidən küçələrə axışırlar.
Səs Faylını dinləmək üçün bu LİNK-i təklayın.