Şənbə , 5 Oktyabr 2024
Ana səhifə / Raporlar / Sadiq İsabəyli: Milli hərəkatın nüfuzunu artıq Güney xaricində də görürük – Müsahibə

Sadiq İsabəyli: Milli hərəkatın nüfuzunu artıq Güney xaricində də görürük – Müsahibə

Son vaxtlar İranda türklərə qarşı ayrıseçkilik və dil hüquqları mövzusu idman sahəsindən əlavə kino və incəsənət sahələrində də gündəmə gəlməyə başlayıb.

“Amerikanın Səsi”nə danışan siyasi şərhçi Sadiq İsabəylinin sözlərinə görə, hakimiyyətin basqıları artdıqca Güney Azərbaycandakı milli hərəkatın nüfuz dairəsi də fərqli sahələr və fərqli bölgələrdə genişlənməkdədir.

“Güney Azərbaycanda gedən milli hərəkat artıq öz gerçək potensial gücünü real gücə çevirə bilir. Artıq istəklərini müxtəlif formalarda gündəmə gətirə bilir,” Sadiq İsabəyli ifadə edir.

O deyir ki, “rejim basqıları şiddətlə artırır. Bizim milli fəallara qarşı ağır həbs cəzaları çıxarır. Dil hüquqları istəyənlərə 5 ildən artıq həbs verir. Amma bununla yanaşı, bu həqiqəti də görürük ki, hərəkatın ortaya qoyduğu tələblər və istəklər də kütləviləşib.”

İsabəylinin fikrincə, Güney Azərbaycanda əhali yaşadığı ictimai-iqtisadi problemlərin Tehran mənşəli olduğunun fərqinə varıb:

“Biz indi tələblərimizin bütün sahələrdə gündəmə gəlməsini və hərəkatın haqlı yönlərinin toplumda sübuta yetirilməsini görürük. İnsanlarımız artıq bunun fərqindədirlər ki onların iqtisadi, ictima və siyasi həyatında olan boşluqlar və çatışmazlıqların hamısının kökündə Tehrandan yönləndirilən siyasət dayanır.”

Siyasi fəal İranın digər bölgələrində yaşayan türk icmaların da güneydəki milli hərəkatdan təsir aldığını önə çəkir.

“Bu etirazın əhatə dairəsi getdikcə genişlənərək, Güney Azərbaycandan çıxır və daha uzaq bölgələrə də gedir. Hətta görürük ki, digər türk icmaları, o cümlədən türkmənlər və Qaşqay türkləri də Güney Azərbaycanda gedən o milli hərəkata əsaslanaraq öz ictimai, iqtisadi və siyasi məsələlərini gündəmə gətirirlər,” İsabəyli qeyd edir.

Sadiq İsabəyli əlavə edir, “mən düşünürəm ki, Güney Azərbaycan gündəmi təkcə İran sərhədlərinin daxilində qalmayacaq. Bu tələbləri bölgə dövlətlərində, Avropada və ümumiyyətlə qlobal bazada gündəmə gətirə biləcək.”

Müsahibənin Audiosunu dinləmək üçün qaydağımız olan aşağıdakı Link-ə müraciət edə bilərsiniz.

https://www.amerikaninsesi.org/a/sadiq-isabeyli/5296271.html


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir