Cümə , 29 Mart 2024
Ana səhifə / Seçilmiş xəbərlər / Güney azərbaycanlı milli-mədəni fəal Mehrdad Şeyxi müvəqqəti olaraq azadlığa buraxılıb

Güney azərbaycanlı milli-mədəni fəal Mehrdad Şeyxi müvəqqəti olaraq azadlığa buraxılıb

Ərdəbil sakini olan güney azərbaycanlı milli-mədəni fəal Mehrdad Şeyxi müvəqqəti olaraq sərbəst buraxılıb.
O 30 milyon tümənlik mülki vəsiqə qarşılığında yanvarın 16-da azad edilib.
Mehrdad Şeyxi yanvarın 8-i Təbriz vaxtı ilə saat 09:30-da hakim Məhdəvinin sədrliyi ilə keçirilən məhkəmə prosesində iştirak etmək üçün Ərdəbil İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət edib, lakin o məhkəmə iclası başa çatdıqdan sonra evə qayıtmamışdır.
Fəal yanvarın 13-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq təhlükəsizlik qüvvələri tərəfindən saxlandığını bildirmişdir.
Azərbaycanlı fəala “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı üzrə saxlandığı bildirilib.
Mehrdad Şeyxi 2019-cu il noyabrın 20-də Ərdəbildə öz atası evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır. O 11 gün təcridxanada saxlandıqdan sonra 30 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir