Şənbə , 20 Aprel 2024
Ana səhifə / Seçilmiş xəbərlər / Güney azərbaycanlı milli-mədəni fəallar türkcə kitab paylayıb – Astarada / VİDEO

Güney azərbaycanlı milli-mədəni fəallar türkcə kitab paylayıb – Astarada / VİDEO

Güney Azərbaycanın Astara şəhərində yerli yeniyetmələr arasında türkcə kitablar paylanılıb.

Azərbaycanlı milli-mədəni fəalların kitab paylama tədbiri uşaqlar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Mədəni tədbirin Azərbaycan Milli Hökumətinin quruluşunun 74-ci ildönümü ərəfəsində hökumətin ən yüksək postlarında işləyən, milli demokratik hərəkatın rəhbərlərindən olan mərhum Fridun İbrahiminin doğulduğu şəhərdə keçirilməsi Azərbaycan Milli Hökuməti şəhidlərinin yolunun davam etdirildiyini bir daha sübut etməkdədir.

Güney Azərbaycanda yeni dərs ili, Beynəlxalq Ana Dili Günü, Novruz bayramı və digər əlamətdar günlərdə bir çox mədəni tədbir, o cümlədən kitab paylama kampaniyası həyata keçirilir. 

Müxtəlif mənbələrə görə, İranda Azərbaycan türklərinin əhalisi 35 milyondan çoxdur. Buna baxmayaraq bu ölkədə türk dilində təhsil məsələsi uzun illərdir öz həllini tapmır, bu istiqamətdə mədəni fəaliyyətlə məşğul olan yüzlərlə azərbaycanlı fəal saxlanılır, işgəncə edilir və uzun illər həbs cəzası ilə üzləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir