Çərşənbə axşamı , 16 Aprel 2024
Ana səhifə / Türk dünyası / Azərbaycanla Türkiyə arasında viza ləğv edildi

Azərbaycanla Türkiyə arasında viza ləğv edildi

Azərbaycanla Türkiyə arasında viza ləğv edilib.

Bu barədə məlumatı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu yayıb.

O bildirib ki, prezident İlham Əliyevin sərəncamı ilə 1 sentyabrdan Türkiyə vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər.

M. Çavuşoğlu bu gün Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşüb.

Qeyd edək ki, Azərbaycan vətəndaşları Türkiyəyə vizasız səfər etsələr də, Türkiyə vətəndaşlarına Azərbaycana səfər üçün viza tələb olunurdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir