Şənbə , 5 Oktyabr 2024
Ana səhifə / Türk dünyası / Bakıda Türk Şurasının sammitində yekun bəyannamə imzalanıb

Bakıda Türk Şurasının sammitində yekun bəyannamə imzalanıb

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII zirvə görüşü başa çatıb.
Tədbirin yekununda Bakı Bəyannaməsi imzalanıb, təşkilata sədrlik isə rəsmən Azərbaycana keçib.

Bakı sammiti Türk Şurasının yaradılmasına dair 2009-cu il oktyabrın 3-də Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğız Respublikası dövlət başçılarının imzaladıqları Naxçıvan sazişinin 10-cu ildönümünə də həsr olunub.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) növbəti Zirvə Görüşü gələn il Türkiyədə keçiriləcək.
Şuranın VIII sammitinin Türkiyədə keçirilməsi təklifi ilə prezident Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir