Cümə , 19 Aprel 2024
Ana səhifə / Türk dünyası / Qırğız-tacik sərhədində gərginlik – Bişkek Düşənbəyə nota verdi

Qırğız-tacik sərhədində gərginlik – Bişkek Düşənbəyə nota verdi

Qırğızıstan Xarici İşlər Nazirliyi iki ölkənin sərhədindəki münaqişə ilə əlaqədar Tacikistan nümayəndəsinə etiraz notası təqdim edib.

Bu barədə cümə günü Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirib.

“Tacik tərəfinə bir daha Tacikistan vətəndaşlarının Qırğızıstan-Tacikistan dövlət sərhədində vəziyyətin gərginləşməsinə səbəb olan destruktiv və təxribatçı hərəkətləri ilə əlaqədar Qırğızıstan Xarici İşlər Nazirliyinin etiraz notası təqdim edildi”, – deyə Qırğızıstan XİN bildirib.

Qırğızıstan Xarici İşlər Nazirliyi Tacikistan vətəndaşları tərəfindən bu cür hərəkətlərin yolverilməz olduğuna diqqət çəkib və vəziyyətin daha da gərginləşməməsi üçün təcili tədbirlər görülməsini, günahkarların məsuliyyətə cəlb edilməsi tələb edib.

Qeyd edək ki, Qırğızıstan-Tacikistan sərhədi vaxtaşırı yerli əhali və ya iki ölkənin sərhədçiləri arasında münaqişə zonasına çevrilir. Əsas səbəb iki dövlət arasında sərhədin delimitasiya olunmaması ilə bağlıdır.

Bundan əvvəl Qırğızıstan Sərhəd Xidməti bu gecə naməlum şəxslərin sərhəddə yaşayan qırğızların bir neçə avtomobilini və evini taciklərin daşa basdıqlarını bildirib. Qırğızıstan tərəfi bildirir ki, hadisə yerinə gələn tacik sərhədçiləri kiçik kalibrli silahlardan atəş açıblar. Düşənbə isə insidentin Qırğızıstan tərəfindən törədilən təxribat olduğunu bildirib. Tacikistan sərhəd qoşunları bildirir ki, gecə Qırğızıstan tərəfi İsfar şəhər daxili işlər idarəsinin bir əməkdaşının maşınına atəş açıb./teleqraf

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir