Şənbə , 5 Oktyabr 2024
Ana səhifə / Türk dünyası / Türk ordusu Suriyada 480 terrorçunu məhv edib

Türk ordusu Suriyada 480 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Barış bulağı” antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 480 terroçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu isə “Barış bulağı” başladığı 4 gün ərzində Tükiyənin 11 şəhid verdiyini deyib.

Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış bulağı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir