Cümə axşamı , 25 Aprel 2024
Ana səhifə / Türk dünyası / Türkiyə ordusu Suriyada yaşayış məntəqələrini terrorçulardan azad edib

Türkiyə ordusu Suriyada yaşayış məntəqələrini terrorçulardan azad edib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında Təl-Əbyad və Ras-əl-Ayn şəhərləri ətrafında bir neçə yaşayış məntəqəsini terrorçulardan azad edib.

Trend-in məlumatına görə, hazırda Türkiyə ordusu Azad Suriya Ordusu ilə birgə Suriyanın şimalında quru əməliyyatlarını davam etdirir.

Bu arada Türkiyənin Şanlıurfa əyalətinin Akçakale rayonuna terrorçu PKK/YPG-PYD qruplaşmasının işğalı altında olan ərazisindən 2 top mərmisi atılıb. Hadisə nəticəsində 9 nəfər yaralanıb.

Terrorçuların atdığı mərmilər rayon mərkəzinə düşüb. Yaralanlar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, oktyabrın 9-da Türkiyə ordusu Suriyanın şimal-şərqində əməliyyatlara başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir