Ərdəbilin valisi Əkbər Behnamcu təmsil etdiyi şəhərin dəmir yolu xətti layihəsi ilə bağlı yeni məlumat verib.
O bu barədə Ərdəbil bazarında qiymətləri tənzimləyəm mərkəzin nümayəndələri ilə yerli iş adamlarının keçirdiyi iclasda çıxış edib.
“Artıq layihənin icrasına başlanılıb, işlər sürətlə gedir. Yaxın zamanda relslər qoyulacaq. Relslər İsfahan zavodundan alınacaq, onlar beynəlxalq standartlara uyğundur.”- deyə vali bildirib.
Ekspertlər isə İsfahandan alınacaq relslərlə bağlı fərqli fikirdədir. Onlar İsfahan Dəmirəritmə Zavodunda istehsal olunan relslərin keyfiyyətsiz və qeyri-standart olduğunu vurğulayır.
Yerli mətbuat, ekspertlər və bəzi əyalət məsulları bu barədə dəfələrlə səlahiyyətli orqanlara xəbərdarlıq ediblər. Onlar bildirir ki, İsfahan zavodundan alınacaq relslər qısa zaman sonra sıradan çıxacaq və dəmir yolu xətti fəaliyyətini dayandırmalı olacaq.
Əkbər Behnamcur
Görünür ki, uzun zamandır Ərdəbil əhalisinin əsas tələblərindən birinə çevrilən dəmir yolu xətti ilə bağlı problem başqa bir şəkildə davam edəcək. Valinin bu açıqlaması yerli əhalinin nigaranlığına səbəb olub.