Bazar ertəsi , 6 May 2024
Ana səhifə / Tag Archives: millət vəkili (page 2)

Tag Archives: millət vəkili

Hadi Bahaduri: Ana dilinin həftədə iki saat tədris olunması bütün əyalətlər üçün keçərlidir

 Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili məktəblərdə türk dili dərslərinin həftədə 2 saat eksperimental tətbiqini müsbət addım kimi qiymətləndirərək bu layihənin yalnız Şərqi Azərbaycan Əyaləti deyil, bütün əyalətlərə aid olduğunu deyib. Hadi Bahaduri bu barədə “Əncümən Azərbaycan” agentliyinə danışıb. “Mən cənab Məhəmməd Bəthayi təhsil naziri olduğu zaman onunla …

Davamı...

“Sərhəd Azərbaycanı” əyalətinin yaradılması planı yenidən gündəmə gəlib – təklif layihəsi parlamentin komissiyalarına təqdim olunub

Azərbaycan əhalisi və bir neçə millət vəkilinin etirazına baxmayaraq Qərbi Azərbaycanın parçalanması planı yenidən gündəmə gətirilib. Məlumata görə, Mərkəzi Xoy şəhəri olmaqla “Sərhəd Azərbaycanı” (“Azərbaycan-i mərzi”) əyalətinin yaradılması ilə bağlı təklif layihəsi Xoy şəhərinin sözdə milət vəkili Tağı Kəbiri tərəfindən İran parlamentinin komissiyalarına təqdim olunub. O bu barədə “Məclis və …

Davamı...

Nadir Qazipur nazirə sual ünvanlayıb – türk dilində qəzetin nəşrinə lisenziya verilməməsi haqda

Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur növbəti dəfə ölkə üzrə yayımlanan türk dilində qəzetin nəşr olunması məsələsini gündəmə gətirib. Məlumata görə, millət vəkili bu barədə irşad və mədəniyyət naziri Abbas Salehiyə sual ünvanlayıb. “Ölkə üzrə yayımlanan türk dilində qəzetin nəşrinə lisenziya verilməməsinin səbəbi nədir?” başlığı ilə …

Davamı...

Məktəblərdə yerli dillər tədris oluna bilər – Əli Mütəhhəri

İran Parlamentinin Mədəniyyət Komisiyyasının üzvü məktəblərdə yerli dillərin tədris edilməsi ilə bağlı  heç bir maneənin olmadığını bildirib. Əli Mütəhhər avqustun 2-də Məclisin (parlament) xəbər agentliyi ilə danışığında konstitusiyanın 15-ci maddəsinə işarə edərək bu barədə məlumat verib. O bildirib ki, məktəblərdə müxtəlif qövmlərin ədəbiyyatı, o cümlədən türk dilinin tədisi üçün bir …

Davamı...

Əkbər Ələmi: “Babək qalası” mərasimini dağıtmağa imkan var, Qaradağ meşələrindəki yanğını söndürməyə imkan yoxdur!”

Təbrizin İran parlamentindəki millət vəkili Əkbər Ələmi təxminən bir həftədir Qaradağ meşələrində davam edən yanğına münasibət bildirib. Bu barədə İnstaqram səhifəsində video paylaşan keçmiş millət vəkili ölkə prezidenti Həsən Ruhanidən baş verən yanğına diqqət yetirməsini tələb edib. “İranın ən gözəl meşələrindən olan Qaradağ meşələri səlahiyyətli orqanların məsuliyyətsizliyi ucbatından yanaraq sıradan …

Davamı...

Zəncanın iki millət vəkili saxlanılıb

Zəncan Əyalətinin iki millət vəkili “valyuta bazarında pozuculuq yaratmaq” ittihamı ilə saxlanılıb. “İsna” xəbər agentliyi İran Parlamenti Rəyasət Heyətinin üzvlərindən birinə istinad edərək bildirib ki, Parlamentin Mədənlər və Sənaye Komissiyasının üzvləri, Zəncanın millət vəkili Fridun Əhmədi və Əbhərin millət vəkili Məhəmməd Əzizi “Saypa” şirkəti ilə əlaqədar olan dosyeyə görə avqustun …

Davamı...

Qərbi Azərbaycan Əyalətinin parçalaması planı gündəmdən çıxarıldı –Deputatlar Birliyinin rəisi vəzifəsindən kənarlaşdırıldı

Azərbaycan əhalisi və millət vəkillərinin etirazından sonra Qərbi Azərbaycanın parçalanması planı gündəmdən çıxarılıb. Mərkəzi Xoy şəhəri olmaqla “Sərhəd Azərbaycanı” (“Azərbaycan-i mərzi”) əyalətinin yaradılması ilə bağlı təklif layihəsi Qərbi Azərbaycan Əyalətinin sözdə milət vəkili Tağı Kəbiri tərəfindən İran parlamentinə təqdim olunub. Parlamentin Rəyasət Heyətinin üzvü Əliəsğər Yusifnəjad avqustun 17-də öz çıxışında …

Davamı...

Güney Azərbaycanın daha çox parçalanması üçün ssenari qurulur – Yeni əyalətin yaradılması gündəmə gətirilir

Uzun illər öncə rejim tərəfindən bir neçə əyalətə parçalanan Güney Azərbaycan daha kiçik əyalətlərə parçalana bilər. Məlumata görə, mərkəzi Xoy şəhəri olmaqla “Sərhəd Azərbaycanı” (“Azərbaycan-i mərzi”) əyalətinin yaradılması ilə bağlı təklif layihəsi İran parlamentinə təqdim olunub. Artıq Parlamentin Rəyasət Heyətinin üzvü Əliəsğər Yusifnəjad öz çıxışında təklif layihəsinin parlamentə təqdim olunduğunu …

Davamı...

Ərdəbil kəndlərində normal yol və sağlam su sıxıntısı yaşanır

Ərdəbil, Nir, Nəmin və Səreynin İran parlamentindəki millət vəkili təmsil etdiyi əyalətin kənd əhalisinin əsas sıxıntılarından ikisini sadalayıb. Bu barədə Südeyif Bədri “İrna” xəbər agentliyinə danışıb. “Ərdəbil Əyalətinin bir çox kəndində normal yol və sağlam su sıxıntısı yaşanır. Hökumət və parlament bu məsələyə xüsusi diqqət yetirməlidir.”- deyə millət vəkili vurğulayıb. …

Davamı...

Məsud Pezeşkiyan: “Farsca yetərlilik” testini gündəmə gətirənlər nahaq yerə danışıblar…

Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan məktəblərdə “farsca yetərlilik” irqçi testinin tətbiq olunmasına öz münasibətini bildirib. Planı gündəmə gətirənlərin böyük səhvə yol verdiyini deyən millət vəkili Quran ayəsinə işarə edərək heç bir qövmün digərindən üstün olmadığını bildirib. “Məktəbə qədər fars dilini bilmək məsələsini gündəmə gətirməkdənsə, ana dilinin tədris olunmasına …

Davamı...