Cümə , 26 Aprel 2024
Ana səhifə / Tag Archives: türk

Tag Archives: türk

Həsən Raşidi: Virus İran həbsxanalarında yayılsa təhlükə daha da böyük olar – Müsahibə

Bir qrup türk fəal, yazar və ictimai xadim İran məhkəmə hakimiyyətinin sədri İbrahim Rəisiyə məktub ünvanlayaraq, həbsxanalarda koronavirus təhlükəsinə diqqət çəkiblər. Məktubu imzalayanlardan biri araşdırmaçı yazar Həsən Raşidi bu barədə “Amerikanın Səsi”nə müsahibə verib. 161 fəalın imzaladığı məktubda siyasi məhbuslara məzuniyyət tələb edilib. Tehrandan “Amerikanın Səsi”nə danışan Həsən Raşidi hesab …

Davamı...

Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin müdiri Dr. Jalə Təbrizi BMT-nin azlıqlar məsələləri üzrə forumunda çıxış edib – VİDEO

Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin müdiri Dr. Jalə Təbrizi BMT-nin azlıqların məsələləri üzrə 12-ci forumunda Güney Azərbaycan türklərinə qarşı edilən ayrı-seçkiliklər haqda çıxış edib. Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin yaydığı məlumata görə, forum BMT-nin Cenevrədəki qərargahında  noyabrın 28-dən başlayaraq 3 gün davam edib. Dr. Jalə Təbrizi öz çıxışında İran rejiminin qeyri-fars …

Davamı...

Azərbaycanlılar xiyabanlara fars məşhurlarının adlarını verilməsini istəmir – Urmiyədə lövhələr qaralandı

Güney Azərbaycanda coğrafi məkanlar, o cümlədən küçə və xiyabanlara fars məşhurlarının adının verilməsinə qarşı etirazlar davam edir. Son məlumata görə, Urmiyə şəhərində azərbaycanlı gənclər xiyabanların lövhəsində fars şairlərinin adlarını qaralayıb. Gənclər fars şairlərinin yerinə dünya şöhrətli azərbaycanlı şair Məhəmməd Füzulinin  adını yazıblar. İranda Pəhləvi və islam cümhuriyyəti dövrlərində Azərbaycan türk …

Davamı...

Radikal kürdlərdən biri Qərbi Azərbaycan Valiliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin məsulu təyin olunub

Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyari bölgənin kürdləşdirilməsi istiqamətində yeni bir addım atıb. Radikal kürdləri tədricən həssas vəzifələrə gətirən vali bu dəfə onlardan daha birini, hətta kürd terror qruplaşmalarının tərəfdarı olduğu deyilən İskəndər Xəncərini Valiliyin ictimaiyyətlə əlaqələr şöbəsinin məsulu təyin edib. Məhəmməd Mehdi Şəhriyari avqust ayında …

Davamı...

Qərbi Azərbaycanın yerli olmayan valisi daha bir azərbaycanlı vəzifəlini işindən azad edib

Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyari anti-türk hərəkətlərini davam etdirməkdədir. Vali yerli və türk olan vəzifəli şəxsləri işlərindən uzaqlaşdırmaqda hələ də israrlı görünür. Son məlumata görə, Valiliyin Yoxlama və Təftiş İdarəsinin rəisi Seyfəli Nuri işindən azad edilib, onun yerinə Piranşəhrdən (Xana) olan kürd kökənli Məhəmməd Sadiq …

Davamı...

Təbrizin millət vəkili: “Biz nə üçün Azərbaycanda türkcə yazıb oxumamalıyıq?!” – VİDEO

Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün (Üşkaya) İran parlamentindəki millət vəkili Zəhra Sai ana dilində yazıb oxumağın əhəmiyyəti barədə önəmli fikirlər səsləndirib. O bu barədə iyulun 30-da parlamentdə çıxışı zamanı danışıb. “İnsan dilin qəlibi və çərçivəsində düşünür, bu çərçivədə duyğu və hissiyatını ifadə edir. Ana dili ona görə mühümdür ki, bəzən …

Davamı...

Həmədan aşıqları haqda qələmə alınan nəfis əsər işıq üzü görüb

Həmədan əyalətinin aşıqları və bölgənin aşıq sənətindən bəhs edən “Bərdəstan-i Əlvənd” kitabı işıq üzü görüb. Kitabın müəllifi Qadir Şəhsəvari uzun illər gənc aşıqlar üzərində araşdırma apardıqdan sonra belə bir əsər yaradıb. Kitab “Surə” Nəşriyyatı tərəfindən nəşr olunub. Qadir Şəhsəvari kitabın müqəddəməsində aşıq sənətini türk ədəbiyyatı, tarixi və mədəniyyətinin qiymətli mirası …

Davamı...

Fars dili və ədəbiyyatını inkişaf etdirmək üçün bu orqanlara illik büdcə vəsaiti ayrılır

İranda asimilasyon siyasəti ilə qeyri-fars dillərini zəiflədərək sıradan çıxarılmasına cəhd edildiyi halda fars dilinin günləndirilməsi üçün bir çox addımlar atılır. Bu itiqamətdə dövlət bir neçə orqana külli miqdarda vəsait verərək fars dilinin gücləndirilməsini tələb edir. Həmin orqanlar “Fars dili və ədəbiyyatı mədəniyyət evi”, “İslami İrşad və Mədəniyyət Nazirliyi”, “Mətbuat, Nəşriyyə …

Davamı...

Məhəmməd Əlimuradinin “Sən çağırsan gələrəm mən” sənədli filmi təqdim olunub – VİDEO

Güney azərbaycanlı kinorejissor Məhəmməd Əlimuradinin “Sən çağırsan gələrəm mən” sənədli filmi təqdim olunub. Türk dilində hazırlanan sənədli film Novruz bayramı günlərində selə məruz qalan “Türkmən səhra” bölgəsi ilə bağlıdır. Filmdə Azərbaycan, türkmən və Qaşqay türklərinin ayrılmaz olduğu və onların birliyi təsvir olunub. Müəllif çəkdiyi filmi “Türkmən səhra” təbii fəlakət bölgəsinə …

Davamı...

Azərbaycan rəqsinə görə Şəhər Şurasının kürd üzvləri iclası tərk edib – Urmiyədə

Aldığımız son məlumata əsasən, mayın 4-də Urmiyə Şəhər Şurasının keçirmək istədiyi iclas baş tutmayıb. İnformasiya görə, Şəhər Şurasının 4 kürd üzv Gül festivalında Azərbaycan rəqsi nümayiş etdirildiyi üçün iclası tərk ediblər. Adil Fəttahi, Əbdulrəhman Nəqşin, Məhəmməd Xalid Hatəmi və Məsud Paki festivalda Azərbaycan mədəniyyətinə aid proqramın həyata keçirilşməsinə etiraz olaraq …

Davamı...