Noyabrda keçirilən aksiyalar zamanı Ərdəbildə saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Mehrdad Şeyxi müvəqqəti olaraq azadlığa buraxılıb.
Azərbaycanlı fəal 8 gün Ərdəbil Ettelaat İdarəsinin təcridxanası, 2 gün isə Ərdəbil zindanında saxlandıqdan sonra şənbə günü sərbəst buraxılıb. O 30 milyon tümənlik mülki vəsiqə qarşılığında Ərdbil zindanından azad edilib.
Noyabrın 20-də Ərdəbildə atası evində saxlanılan fəal Ərdəbilin Ettelaat İdarəsinə aparılmışdır.
Məlumata görə, hakim (bazpors) Babək Nonəhal fəalı “sistremin əleyhinə təbliğat aparmaq”da ittiham edib.
Babək Nonəhalın Ettelaat İdarəsindən xüsusi göstəriş aldığı bildirilir, o qanedici dəlil olmadan davamlı olaraq güney azərbaycanlı milli fəalların barəsində müvəqqəti saxlanma qərarı çıxarır.