Çərşənbə axşamı , 7 May 2024
Ana səhifə / Azərbaycan / Mehrdad Şeyxi Ərdəbil zindanından müvəqqəti olaraq azadlığa buraxılıb

Mehrdad Şeyxi Ərdəbil zindanından müvəqqəti olaraq azadlığa buraxılıb

Noyabrda keçirilən aksiyalar zamanı Ərdəbildə saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Mehrdad Şeyxi müvəqqəti olaraq azadlığa buraxılıb.

Azərbaycanlı fəal 8 gün Ərdəbil Ettelaat İdarəsinin təcridxanası, 2 gün isə Ərdəbil zindanında saxlandıqdan sonra şənbə günü sərbəst buraxılıb. O 30 milyon tümənlik mülki vəsiqə qarşılığında Ərdbil zindanından azad edilib.

Noyabrın 20-də Ərdəbildə atası evində saxlanılan  fəal Ərdəbilin Ettelaat İdarəsinə aparılmışdır.

Məlumata görə, hakim (bazpors) Babək Nonəhal fəalı “sistremin əleyhinə təbliğat aparmaq”da ittiham edib.

Babək Nonəhalın Ettelaat İdarəsindən xüsusi göstəriş aldığı bildirilir, o qanedici dəlil olmadan davamlı olaraq güney azərbaycanlı milli fəalların barəsində müvəqqəti saxlanma qərarı çıxarır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir