Çərşənbə axşamı , 21 May 2024
Ana səhifə / Azərbaycan / Əbülfəz Elçibəyin həyat yoldaşı vəfat etdi

Əbülfəz Elçibəyin həyat yoldaşı vəfat etdi

Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Türkiyədə vəfat edib.

Bu barədə iyunun 14-də keçmiş baş nazir Pənah Hüseyn məlumat yayıb. 

“Çox ağır xəbər aldım. Ə. Elçibəyin həyat yoldaşı Həlimə xanım Türkiyədə vəfat edib. Allah rəhmət eləsin”.

Mərhumun kürəkəni Aqil Səmədbəyli “Report”a açıqlamasında deyib ki, Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın səhhəti dünən qəfildən pisləşib.

O bildirib ki, H.Əliyeva dərhal İstanbulun Silivri rayonunda yerləşən xəstəxanaya aparılıb: “Cümə günü isə reanimasiya şöbəsində dünyasını dəyişdi”.

A.Səmədbəyli mərhumun cənazəsinin Bakıya gətiriləcəyi vaxtı hələ müəyənləşdirmədiklərini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir