Çərşənbə , 15 May 2024
Ana səhifə / Azərbaycan / Əli Əzizi müvəqqəti azadlığa buraxılıb

Əli Əzizi müvəqqəti azadlığa buraxılıb

Urmiya sakini olan güney azərbaycanlı milli-mədəni fəal Əli Əzizi müvəqqəti azadlığa buraxılıb.

Fəal dosyesi ilə bağlı araşdırma yekunlaşanadək noyabrın 23-də zaminə buraxılıb.

Azərbaycanlı fəal noyabrın 20-də Urmiyada öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq “9 Pillə” Polis Bölməsinin təcridxanasına aparılmışdır.

Əli Əzizi ötən günlərdə İran və Güney Azərbaycan şəhərlərində benzinin üçqat bahalaşması ilə bağlı keçirilən etiraz aksiyaları ilə əlaqədar saxlanmışdır.

İranda kütləvi etirazlar keçirildiyi günlərdə Güney Azərbaycanda onlarla fəal saxlanılıb. Təhlükəsizlik qüvvələri aksiyaların Güney Azərbaycan şəhərlərini bürüməsindən ehtiyatlanaraq bu istiqamətdə önləyici tədbirlərə əl atdığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir