Çərşənbə , 15 May 2024
Ana səhifə / Azərbaycan / Ərdəbil Əyalətində 150-dən çox kənd əhalidən boşalıb

Ərdəbil Əyalətində 150-dən çox kənd əhalidən boşalıb

“Ərdəbil Əyalətində 1800 kənddən 150-dən çoxu əhalidən boşalıb.”

Bu sözləri Ərdəbil Valiliyinin Şura və Kənd İşləri üzr Bölümünün rəisi Mirəli Rəhimizadə mətbuat nümayəndələrinə bildirib.

“Kəndlər tədricən boşalır. Əhalinin şəhərə köçməsinin qarşısını almaq üçün onların iqtisadi vəziyyəti yaxşılaşdırılmalı və digər tələbləri təmin olunmalıdır. Bu məqsədlə kəndlərdə əhalinin davamlı məşğulluğu sahəsində tədbirlər alınmalıdır. Biz hazırda bu istiqamətdə müəyyən addımlar atırıq.”- deyə o açıqlamasında bildirib.

Mirəli Rəhimizadə

Valilik rəsmisi əlavə edib ki, əhalidən boşalan bəzi kəndlərdə yaşayış üçün lazımi imkanlar var, lakin bu imkanlar qiymətləndirilmədiyi üçün istehsala yönəldilmir. Nəticə etibarı ilə əhalinin şəhərlərə köçməsinin qarşısını almaq mümkün olmur.

Qeyd edək ki, kənd əhalisinin yoxsulluqdan şəhərlərə köç etməsi problemi Ərdəbil Əyalətinin məsulları tərəfindən tez-tez dilə gətirilir. Əslində oxşar hadisə Güney Azərbaycanın bütün əyalətlərində yaşanır. Bu məsələ bölgənin demoqrafik tərkibinin dəyişməsinə, bəzi məntəqələrdə, xüsusi ilə də Qərbi Azərbaycan Əyalətində isə bölgənin kürdləşməsi ilə nəticələnir. İranın iqtisadi ayrı-seçkilik səyasəti nəticəsində Güney Azərbaycanda yaranan köç problemi gün keçdikcə böyüyür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir