Çərşənbə axşamı , 14 May 2024
Ana səhifə / Azərbaycan / Ərdəbilli yeniyetmə Yaponiyada keçirilən beynəlxalq rəsm yarışmasının birinci mükafatını alıb

Ərdəbilli yeniyetmə Yaponiyada keçirilən beynəlxalq rəsm yarışmasının birinci mükafatını alıb

11 yaşlı ərdəbilli yeniyetmə Yaponiyada keçirilən 19-cu Beynəlxalq Rəsm Yarışmasının birinci mükafatını alıb.

19-cu Beynəlxalq Rəsm Yarışması “yer üzündə həyat” mövzusdunda keçirilib. Yarışmada 98 ölkədən olan gənc rəssamlar 14 min 209 əsərləri ilə iştirak edib.

Beynəlxalq Yarışmada İrandan 4 iştirakçı mükafat qazanıb. Ərdəbil Uşaq və Yeniyetmələrin İntellektual İnkişafı Mərkəzinin incəsənət və mədəniyyət bölümünün  üzvü Məhdiyyə Cəfərpur yarışmanın birinci mükafatını qazanıb.

11 yaşlı Mehdiyyə əsərində gülərüzlü insanlar, evin döşəməsində və divarlarında çiçəkli dizaynlar, rəngli geyimlər, “haft sin” süfrələri, meyvə və şirniyyat, hətta isti və işıqlı bir ev qızdırıcısını çəkərək həyatın eşq və mehribanlıq kimi gözəl xüsusiyyətlərini əks etdirib.

Xatırladaq ki, ötən yayda Ərdəbil Əyalətinin Uşaq və Yeniyetmələrin İntellektual İnkişafı Mərkəzinin daha iki üzvü Bolqarıstanda keçirilən beynəlxalq rəsm yarışmasında fəxri diplomla təltif edilmişdir. 11 yaşlı Anahita İmani və 14 yaşlı Kosər Yazdanpərəst Azərbaycanın milli rəqs və aşıq musiqisini əks etdirən rəsm əsərləri ilə çıxış etmişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir