Şənbə , 4 May 2024
Ana səhifə / Azərbaycan / Apellyasiya məhkəməsi Nəsim Sadiqi haqda çıxarılan həbs qərarı barədə hökm çıxarıb

Apellyasiya məhkəməsi Nəsim Sadiqi haqda çıxarılan həbs qərarı barədə hökm çıxarıb

Apellyasiya məhkəməsi güney azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqi haqda çıxarılan 6 aylıq həbs hökmünü 3 il müddətinə təxirə (asılı) salıb.

Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 3-cü şöbəsinin hökmü fevralın 3-də şifahi olaraq xanım Nəsim Sadiqiyə elan olunub.

Təbriz sakini olan azərbaycanlı fəal 2019-cu il sentyabrın 21-ə Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib. O “müxalif qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırılıb.

2018-ci il oktyabrın 21-də saxlanılan Nəsim Sadiqi bir neçə gün sonra oktyabrın 31-də 150 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq Təbrizin mərkəzi zindanından sərbəst buraxılıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir