Güney Azərbaycanın tanınmış musiqi ustadlarından olan aşıq Ələsgər Mosen qısa müddət xəstəlikdən sonra Binab (Bin ev) şəhərində vəfat edib.
Mərəndli Aşıq Ələsgər adı ilə tanınan ustad sənətkar 1940-ci ildə Binabda dünyaya göz açıb. O aşıq sənəti və qopuz çalmağı aşıq Mir Fərəcullah Nicatidən öyrənib.
Aşıq Ələsgər qopuz çalmaqdan əlavə yazdığı gözəl şeirləri ilə də məşhurdur, onun türk dilində qələmə aldığı çoxlu şeir əsəri var.
Aşağıda mərhum şairin maraqlı şeirlərindən birini oxuya bilərsiniz:
Ustadımdan söz almışam
Vətənə elə aşiqəm
Qafiyəsin düz almışam
Yaradan elə aşıqəm
Şair yazar tarix saxlar
Oyanacaq yatan baxtlar
El yaylağa çıxan vaxtlar
Çəmənə, gülə aşiqəm
“Mərəndli”yəm bu vətəndə
Xalqım gülsə, mən də gülləm
Qırx beş ildi saz sinəmdə
Mizraba telə aşiqəm