Çərşənbə , 15 May 2024
Ana səhifə / Azərbaycan / Azərbaycanlı fəal Əsgər Təbrizi saxlanılıb

Azərbaycanlı fəal Əsgər Təbrizi saxlanılıb

İran rejimi azərbaycanlı fəallara qarşı təzyiqlərini davam etdirir.

Son məlumata görə, milli-mədəni fəal Əsgər Təbrizi təhlükəsizlik qüvvələri tərəfindən Tehranda saxlanılıb.

Mayın 10-u günortadan sonra yaxalanan fəal naməlum istiqamətə aparılıb, onun harada saxlandığı hələlik məlum deyil.

Deyinlərə görə, yaxalanarkən fəalın yanında bir neçə kitab olub, həmin kitablar təhlükəsizlik qüvvələri tərəfindən götürülüb.

Əsgər Təbrizinin hansı səbəbdən saxlandığı barədə heç bir məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir