Çərşənbə axşamı , 14 May 2024
Ana səhifə / Azərbaycan / Azərbaycanlı fəal Nəsim Sadiqi bu ittihamla mühakimə olunacaq

Azərbaycanlı fəal Nəsim Sadiqi bu ittihamla mühakimə olunacaq

Azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqiyə qarşı irəli sürülən ittihamlardan 2-nin icraatına xitam verilib.

Məhkəmə sənədinə görə, “internetdə yalan məlumat yayma” və “İran əleyhdarı olan cəmiyyətlərə üzvlük” ittihamları Nəsim Sadiqinin üzərindən görütülüb, lakin o “sistemin əleyhinə təbliğat aparma” ittihamı ilə mühakimə olunacaq. Fəal saxlandığı zaman qeyd etdiyimiz 3 ittihamla üzləşmişdir.

Təbriz sakini olan azərbaycanlı milli-mədəni fəal hazırda müvəqqəti olaraq azadlıqdadır.

Nəsim Sadiqi 2018-ci il oktyabrın 21-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O bir neçə gün sonra oktyabrın 31-də məhkəmə prosesi başlayanadək 150 milyon tümənlik mülki vəsiqə qarşılığında Təbriz zindanından azadlığa buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir