Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / Azərbaycanlı fəal Saleh Molla Abbasi saxlanılıb

Azərbaycanlı fəal Saleh Molla Abbasi saxlanılıb

Əhər sakini olan güney azərbaycanlı milli-mədəni fəal Saleh Molla Abbasi öz iş yerində saxlanılıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri oktyabrın 2-də yerli vaxtla saat 12:00-da fəalın iş yerinə hücum çəkərən onu saxlayıb.

Fəalın bundan əvvəl məhkum edildiyi 10 aylıq həbs cəzasını çəkmək üçün saxlandığı ehtimal olunur.

Saleh Molla Abbasi 2015-ci il noyabr ayında məlum “Fitilə” televiziya verilişinə qarşı Əhər şəhərində keçirilən etiraz aksiyasında 6 azərbaycanlı fəalla (Əkbər Əbulzadə, İbrahim Nuri, Hamid Allahverdipur, Murtaza Şükri, Süleyman Kazimi,  İsrafil Fətullazadə və …) birlikdə yaxalanmışdır.

“Sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə üzləşən fəal 10 ay həbs cəzasına məhkum edilib. Məhkəmə adlarını çəkdiyimiz 7 fəalı toplam olaraq 58 ay azadlıqdan məhrum etmişdir.

Saleh Molla Abbasi ötən illərdə Azərbaycan türk millətinin kütləvi informasiya vasitələrində təhqir olunmasına qarşı keçirilən kütləvi aksiyalarda bir neçə dəfə saxlanılıb və ağır işgəncələrə məruz qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir