Şənbə , 4 May 2024
Ana səhifə / Azərbaycan / Azərbaycanlı fəallar əhalini selə məruz qalan türkmənlərə yardım etməyə çağırır – VİDEO

Azərbaycanlı fəallar əhalini selə məruz qalan türkmənlərə yardım etməyə çağırır – VİDEO

Ötən günlərdə “Türkmən səhra” bölgəsində güclü sel fəlakəti baş verib.

İki uşağın ölümü və çox sayda insanın xəsarət alması ilə nəticələnən təbii fəlakət hələ də davam edir. İran dövləti Güney Azərbaycanda baş verən təbii fəlakətlər kimi, türkmən bölgəsinə də laqeyd münasibət göstərir. Bölgə əhalisi bu vəziyyətə etiraz etdiyi bir vaxtda azərbaycanlı milli-mədəni fəallar soydaşlarımızı türkmən bacı və qardaşlarımıza dəstək verməyə çağırır. Dünən martın 22-də azərbaycanlı fəallar birinci yardım karvanını “Türkmən səhra”ya göndərib.

Soydaşlarımız sosial şəbəkələrdə videolar paylaşaraq hər kəsi türkmən əhalisinə yardım etməyə çağırır, bu istiqamətdə bir çox işlər görürlər.

Paniranizm düşüncəsini pisləyən milli-mədəni fəal Həbib Sasaniyan bu barədə belə deyib:

Azərbaycan millətinə yardımla bağlı müraciət edənlər arasında fəal qadınlar da var.

Sel bölgəsinə gedən tanınmış azərbaycanlı incəsənət xadimi Məhəmməd Əli Muradi isə bildirib ki, Tehranla “Türkmən səhra”nın arasında olan 600 kilometrlik yolda sadəcə bir yardım karvanına rast gəldik, o da Ərdəbildən gələn azərbaycanlı fəallara aiddir.

Selə məruz qalan bir çox türkmən isə İran dövlətini sərt tənqid edərək Azərbaycan türklərinə öz təşəkkürlərini bildiriblər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir