Bazar , 19 May 2024
Ana səhifə / Azərbaycan / Azərbaycanlılardan sel fəlakətinə məruz qalan türkmən qardaşlarına dəstək – VİDEO

Azərbaycanlılardan sel fəlakətinə məruz qalan türkmən qardaşlarına dəstək – VİDEO

Ötən günlərdə sel fəlakəti ilə üzləşən Cənubi Türkmənistan (“Türkmən səhra”) əhalisinə Güney Azərbaycandan yardım çatdırılır.

Dövlət, kütləvi informasiya vasitələri, xüsusi ilə də İran Teleradio Şirkətinin laqeyd münasibəti nəticəsində bir çox problemdən əziyyət çəkən soydaşlarımız və bölgənin yerli məsulları təcili olaraq yardım tələb edir. Bu məqsədlə Ərdəbildə azərbaycanlı milli-mədəni fəallar bir mərkəz yaradaraq əhalinin yardımlarını toplayır və sel bölgəsinə göndərirlər. Artıq ilk humanitar yardım karvanı təbii fəlakət bölgəsinə çatdırılıb.

Avrasiya Powerlifting İdmanı üzrə yarışların çempionu Kərim İsmayılzadə bir video yayaraq hər kəsi türkmən qardaşlarımıza yardım göstərməyə çağırıb.

Məşhur türkmən futbolçu Sərdar Azmun isə İnstaqram səhifəsində bir post paylaşaraq yardımlara görə Azərbaycan türklərinə öz təşəkkürünü bildirib.

“Türkmən səhra”da baş verən sel fəlakəti ilə bağlı əlavə məlumat əldə etmək üçün aşağıdakı xəbərləri oxuya bilərsiniz:

“Türkmən səhra”da sel böhranı və farsdilli mətbuatın səssiz qalması…

“Türkmən səhra”da baş verən sel fəlakətindən VİDEOLAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir