Şənbə , 4 May 2024
Ana səhifə / Azərbaycan / Babək qalasında bir neçə güney azərbaycanlı gənc saxlanılıb

Babək qalasında bir neçə güney azərbaycanlı gənc saxlanılıb

Güney Azərbaycanın Kəleybər şəhəri yaxınlığında yerləşən məşhur Babək qalasında bir neçə güney azərbaycanlı gənc saxlanılıb.

Məlumata görə, iyunun 5-də qalaya çıxan gənclərdən bir neçəsi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

Hələlik hadisənin təfərrüatı və saxlanılanların kimliyi barədə heç bir məlumat yoxdur.

Deyilənlərə görə, gənclər Azərbaycan mahnısı ilə rəqs etdiklərinə və “Yaşasın Azərbaycan” şüarı səsləndirdiklərinə görə mülki geyimli məmurlar tərəfindən saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir