Güney azərbaycanlı milli-mədəni fəal Babək Vəlipur zaminə buraxılıb.
O mayın 25-də Tehranda Ettelaat əməkdaşları tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılmışdır.
Azərbaycanlı fəalın 37 gün saxlandıqdan sonra müvəqqəti olaraq zaminə buraxıldığı bildirilir.
Fəal saxlandığı zaman etibarlı bir mənbə bu barədə GünAz TV-yə məlumat vermişdir. “Babək Vəlipurla Yaşar Nikru görüşməli idi. Lakin Babək görüşə bir gün qalmış Tehran Ettelaat İdarəsinin əməkdaşları tərəfindən tutuldu. Bir gün sonra isə Yaşar Nikru Rəşt şəhərində yaxalandı.”- deyə o bildirmişdir.
Qeyd edək ki, Yaşar Nikru 2 həftə xəbərsiz şəkildə saxlandıqdan sonra iyunun 11-də sərbəst buraxılıb.
Babək Vəlipur
və Yaşar Nikru “Türkmən səhra” bölgəsində sel baş verdiyi zaman digər azərbaycanlı
milli fəallarla birlikdə təbii fəlakət bölgəsinə gedib, onlar yardım etmə
prosesində aktiv iştirakçılardan olublar.