Çərşənbə axşamı , 7 May 2024
Ana səhifə / Azərbaycan / Basketbol federasiyasının ayrı-seçkiliyə yol verməsi Tufarqan komandasının liqa yarışlarını tərk etməsinə səbəb olub

Basketbol federasiyasının ayrı-seçkiliyə yol verməsi Tufarqan komandasının liqa yarışlarını tərk etməsinə səbəb olub

Güney Azərbaycanın Tuqarqan (Azərşəhr) şəhərinin basketbol komandası liqa yarışlarında oyunlarını davam etdirməyəcək.
Buna İran Basketbol Federasiyasının Azərbaycan komandasına qarşı qərəzli münasibət bəsləməsi və yol verdiyi ayrı-seçkiliklər səbəb olub.
Tufarqan klubunun ictimaiyyətlə əlaqələr şöbəsi komandanın yarışları tərk etdiyini fevralın 1-də yaydığı bəyanatda elan edib.
“Klubun şənbə günü yaydığı bəyanatda Basketbol Federasiyasının hörmətli məsullarından yarışları keçirən komitənin ədalətsiz qərarının (Tufarqan komandasının “Petroşimi”yə uduzmaqla bağlı qərar) ləğv edilməsi və oyunun Tufarqanın Hicab salonunda yenidən keçirilməsi tələb olundu. Təəssüflər olsun ki, məsullar yayılan bəyanat və qeyd olunan sənədlərə laqeyd qaldılar, bu barədə heç bir şəffaf cavab verilmədi.
Ona görə də Tufarqan klubu komandanın mədəni tərəfdarlarının verdiyi dəstəyi qiymətləndirərək liqa yarışlarında oyunlarını davam etdirməkdən imtina edir.”- deyə bəyanatda qeyd olunub.

İranda müxtəlif idman növləri üzrə müvafiq federasiyalar, inzibati komitələr, eləcə də Gənclər və İdman Nazirliyi kimi rəsmi orqanlar hər zaman Güney Azərbaycan komandalarının əleyhinə mövqe sərgiləyib. Güney Azərbaycanın “Traxtur” futbol klubu, “Urmiya 90” klubu və Urmiyanın “Şəhrdari” voleybol klubu ayrı-seçkiliyə məruz qalan ən məşhur klublar olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir