Şənbə , 11 May 2024
Ana səhifə / Azərbaycan / Beynəlxalq Ana Dili Günü münasibəti ilə türkcə kitab sərgisi keçirilir – Mərənddə

Beynəlxalq Ana Dili Günü münasibəti ilə türkcə kitab sərgisi keçirilir – Mərənddə

Güney Azərbaycanın Mərənd şəhərində 21 Fevral- Beynəlxalq Ana Dili Günü münasibəti ilə türkcə kitab sərgisi keçirilir .

Sərginin keçirilməsinə Mərənd Şəhərinin İslami İrşad və Mədəniyyət İdarəsi rəsmi icazə verib.

Fevralın 21-də Mərənd Şəhər Şurası binasının yanında fəaliyyətə başlayan sərgi 6 gün davam edəcək. Türk dilində əsər oxumaq istəyən soydaşlarımız sərgiyə müraciət edərək istədikləri kitabı əldə edə bilərlər.

Sərgidə ədəbiyyat, tarix, psixoloqiya və s. kimi sahələrə aid 800 nüsxədən çox kitab mövcuddur, onların arasında uşaqlar üçün nəzərdə tutulan müxtəlif kitablara da rast gəlinir.

Kitablar 15 faiz endirimlə satılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir