Çərşənbə , 15 May 2024
Ana səhifə / Azərbaycan / Bir neçə “Traxtur” tərəfdarı barəsində məhkəmə hökmü çıxarılıb

Bir neçə “Traxtur” tərəfdarı barəsində məhkəmə hökmü çıxarılıb

Təbriz İnqilab Məhkəməsinin 16-cı şöbəsi Azərbaycanın “Traxtur” futbol komandası ilə Səudiyyə Ərəbistanının “Əlhilal” komandası arasında keçirilən görüşdə saxlanılan “Traxtur” tərəfdarları haqda qərar çıxarıb.

Qərara əsasən ötən il futbol yarışı zamanı saxlanılan Məcid Nağızadə, Yunis Sədrizadə, Kambiz Hüseyniyan, Səməd Zahidi və Ehsan Yusifinin təqib olunmasına son qoyulub və məhkəmə işləri bağlanıb.

“Ümumi nizam-intizamı pozmaq, vəzifəsini yerinə yetirməkdə olan dövlət məmurlarını aşağılamaq və sistemin əleyhinə təbliğat aparmaq” kimi ittihamlarla üzləşən “Traxtur” tərəfdarları məhkəmə prosesi zamanı bütün ittihamları rədd ediblər.

Son illərdə Güney Azərbaycanın “Traxtur” futbol komandası və onun tərəfdarlarına qarşı təzyiqlər artıb. Azərbaycanlılar dövlətin təzyiqlərinin “Traxtur” görüşlərində səsləndirilən milli şüarlarla əlaqədar olduğunu düşünür. Məqsəd Güney Azərbaycan türk millətinin demokratik və milli hüquqlarının dilə gətirilməməsi və dünya ictimaiyyətinə çatdırılmamasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir