Bazar , 5 May 2024
Ana səhifə / Azərbaycan / “Birinci Sulduz Aşıq Festivalı” keçirilib – VİDEO

“Birinci Sulduz Aşıq Festivalı” keçirilib – VİDEO

Güney Azərbaycanın Sulduz şəhərində “Birinci Sulduz Aşıq Festivalı” keçirilib.

Martın 12-də keçirilən festivalda bir çox insan, o cümlədən şair İsfəndyar Feyzipur (Dəyirmançı Oğlu), yazıçı Məhərrəm Pərizad və tanınmış ziyalı Sirus İntixabi  kimi ictimai xadimlər tamaşaçı qismində iştirak edib.

Festivala çox sayda sulduzlu aşıq qatılıb, onların çıxışı şəhər əhalisi tərəfindən böyük rəğbətlə qarşılanıb.

Azərbaycanlı sosial şəbəkə istifadəçiləri festivalın keçirilməsini alqışlayaraq onu Sulduz üçün möhtəşən bir gecə kimi qiymətləndiriblər.

Festivalda bölgənin məşhur “Tovlama” mahnısı aşıq Məhəmmədəli Mahmudi, aşıq Rza Puyəndə və aşıq Əli İsfəndyari tərəfindən oxunub, onların çıxışı tamaşaçıların böyük rəğbətini qazanıb.

Türk dünyasında “aşıq”, “ozan”, “bamsı” və “baxşı” adı ilə tanınan saz-söz adamları türk millətinin qədim mədəniyyəti və ənənələrinin qorunub saxlanılmasında hər zaman böyük rol oynayıb. Aşıq sənəti Güney Azərbaycanda bütün basqılara rəğmən bu günə qədər qorunub saxlanılıb və inkişaf etməkdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir