Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / “Bütöv Azərbaycan” konfransı keçiriləcək – Ankarada

“Bütöv Azərbaycan” konfransı keçiriləcək – Ankarada

Qardaş Türkiyənin paytaxtı Ankarada “Bütöv Azərbaycan” mövzusunda konfrans keçiriləcək.

Tədbirdə türk dünyası, Güney və Quzey Azərbaycan məsələləri ilə maraqlanan çox sayda mədəni fəalın iştirak edəcəyi gözlənilir.

Konfrans martın 30-u yerli vaxtla saat 17.30-da Tanrıdağ Türkçülər Dərnəyində keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikasının Tehrandakı keçmiş səfiri və Ankara Universitetinin müəllimi Prof. Nəsib Nəsibli çıxış edəcək.

Prof. Nəsib Nəsiblinin qatılımı ilə hər cümə axşamı günü Azərbaycanın ictimai-siyasi məsələləri ilə bağlı GünAz TV-də veriliş yayımlanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir