Bazar ertəsi , 29 Aprel 2024
Ana səhifə / Azərbaycan / Bütün manelərə rəğmən Sulduzda şəhidlərin anım mərasimi baş tutub – GÖRÜNTÜ

Bütün manelərə rəğmən Sulduzda şəhidlərin anım mərasimi baş tutub – GÖRÜNTÜ

Təhlükəsizlik qüvvələrinin bütün önləyici tədbirlərinə baxmayaraq Sulduzda 2006-ci ildə baş tutan Milli Qiyamın ildönümündə şəhidlərin anım mərasimi baş tutub.

Məlumata görə, çox sayda azərbaycanlı milli-mədəni fəal  şənbə günü, mayın 25-də Sulduzda şəhidlərin məzarı başına toplaşıb.

Təhlükəsizlik qüvvələri yığıncaq keçirilməsin deyə bir çox fəalın mərasimə qatılmasına imkan verməyib, bir neçə fəalı isə saxlayıb. Buna baxmayaraq fəallar şəhidlərin məzarı başına toplaşa biliblər.

Mərasim zamanı şəhidlər və Güney Azərbaycan türk millətinin milli hüquqları ilə bağlı şeirlər oxunub və tanınmış sulduzlu fəal Musa Ziya Gərgəri geniş çıxış edib.

Mərasim Azərbaycanın milli marşının oxunması ilə yekunlaşıb.

Bu günlər 2006-cı ilin may ayında Güney Azərbaycanda baş vermiş hadisələrin 13-cü ildönümüdür. İran dövlətinin rəsmi mətbuat orqanı olan “İran” qəzetində Azərbaycan türklərinin kobud şəkildə təhqir edilməsi kütləvi etirazlara səbəb olmuşdur. Soydaşlarımız tərəfindən həyata keçirilən aksiyalar qısa müddətdə bütün Güney Azərbaycan şəhərlərini bürüdü. Təxminən 10 gün davam edən və 1 Xordad (22 May) Hərəkatı adı alan aksiyalar zamanı onlarla azərbaycanlı şəhid olub, yüzlərlə insan yaralanıb və çox sayda etirazçı həbs olundu.

2006-cı il mayın 25-də Sulduzda keçirilən dinc aksiyada Tohid Azəryun, Hümmət İsmzadə, Hüseyn Fəthipur və Əsgər Qasimi adlı 4 soydaşımız təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində  şəhid olmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir