Şənbə , 4 May 2024
Ana səhifə / Azərbaycan / Cəfər Rüstəmiradın həbs hökmü Apelyasiya Məhkəməsi tərəfindən təsdiqlənib

Cəfər Rüstəmiradın həbs hökmü Apelyasiya Məhkəməsi tərəfindən təsdiqlənib

Tehran Əyaləti Apelyasiya Məhkəməsi güney azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmiradın barəsində çıxarılan 6 aylıq həbs hökmünü təsdiqləyib.

Elektron məktubu vasitəsi ilə məhkəməyə çağırılan fəal iyunun 12-də Tehran Əyaləti Apelyasiya Məhkəməsinin 36-cı şöbəsinə müraciət edib, ona həbs qərarının qüvvədə saxlandığı barədə məlumat verilib.

Bundan əvvəl Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi 2018-ci il iyul ayında keçirilən ənənəvi Babək qalası yürüşü ilə əlaqədar saxlanılan azərbaycanlı fəallar İbrahim Nuri və Cəfər Rüstəmirad barəsində ağır hökm çıxarıb.

Məhkəmə qərarına görə, İbrahim Nuri 18 ay, Cəfər Rüstəmirad isə 6 ay həbs cəzasına məhkum edilib. Fəalların ikisi də hər hansı qrup və ictimai-siyasi birliyə üzv olmaq, eləcə də mətbuat fəaliyyətindən məhrum edilib.

Həmçinin hökmə əsasən, İbrahim Nuri Əfqanıstan sərhəddində yerləşən Nehbəndan şəhərinə 2 il müddətinə sürgünə göndəriləcək.

Şifahi olaraq açıqlanan hökmdə qeyd olunub ki, Cəfər Rüstəmiradın dosyesində olan bundan əvvəlki 7 aylıq həbs cəzası, budəfəki məhkəmə hökmünə əsas verən dəlillərdən biri kimi qəbul olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir