Bazar , 19 May 2024
Ana səhifə / Azərbaycan / Divarlara həbsdə olan fəalların azadlığını tələb edən posterlər yapışdırılıb – Təbrizdə / GÖRÜNTÜ

Divarlara həbsdə olan fəalların azadlığını tələb edən posterlər yapışdırılıb – Təbrizdə / GÖRÜNTÜ

Güney Azərbaycanın Təbriz şəhərində divarlara həbsdə olan güney azərbaycanlı milli-mədəni fəalların azadlığa buraxılmasını tələb edən posterlər yapışdırılıb.

Posterlərə şəhərin müxtəlif məhəllələrində rast gəlinir.

Güney azərbaycanlı milli-mədəni fəallar təhlükəsizlik orqanlarının təqib və təzyiqlərinə rəğmən bütün riskləri göz önünə alaraq siyasi məhbuslara dəstək verməyə çalışır.

Posterlərin divarlara yapışdırılmasında məqsədlərdən biri də Azərbaycan ictimaiyyətinin diqqətini milli-mədəni fəallara edilən təzyiqlərə daha çox cəlb etməkdir.

“Azərbaycanlı siyasi məhbuslar özgür buraxılsın” yazılmış posterlərdə İranın müxtəlif zindanlarında məhbus həyatı yaşayan bir neçə azərbaycanlı milli-mədəni fəalın şəkili öz əksini tapıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir