Şənbə , 27 Aprel 2024
Ana səhifə / Azərbaycan / “Dövlət şimal-qərbın iqtisadiyyat və sənayesinin idarəçiliyini Təbrizə tapşırmalıdır”- azərbaycanlı millət vəkili

“Dövlət şimal-qərbın iqtisadiyyat və sənayesinin idarəçiliyini Təbrizə tapşırmalıdır”- azərbaycanlı millət vəkili

Təbriz, Üskü və Azərşəhrin (Tufarqan) İran parlamentindəki millət vəkili Şəhabəddin Bimiqdar Şərqi Azərbaycanda istehlakçıların hüquqlarını müdafiə edənlərin keçirdiyi tədbirdə bölgənin iqtisadiyyatı ilə bağlı önəmli məsələlərə toxunub.

İstehsalın əhəmiyyətini vurğulayan millət vəkili bildirib ki, istehlakçıların hüquqlarına riayət etmək yalnız istehsalın artması və rəqabət mühitinin yaradılması ilə mümkündür.

“Şərqi Azərbaycan Əyalətində dövlət tərəfindən yatırılan sərmayənin məbləği çox aşağıdır və əhali öz sərmayəsi ilə fəaliyyət göstərir. Hesab eliyirəm ki, dövlət tərəfindən yaranan bu boşluq hərhansı şəkildə aradan qaldırılmalıdır. Lakin Büdcə və Planlaşdırma Təşkilatı istehsalın artması üçün yetəri qədər kredit ayırmır.”- deyə o bildirib.

Şəhabəddin Bimiqdar sözlərinin davamında Şərqi Azərbaycan ixracatının həcminə diqqətə çəkib. O bildirib ki, ötən il əyalətin ixracatı 2 milyard 300 milyon dollar məbləğində olub. Bu göstərir ki, Şərqi Azərbaycan əhalisi çox fəal və çalışqandır. Ona görə də hesab eliyirəm ki, dövlət şimal-qərb bölgəsinin iqtisadiyyat və sənayesinin idarəçiliyini Təbrizə tapşırmalıdır.

Azərbaycanlı millət vəkili sözlərinin sonunda ötən il iş adamlarına verilən lisenziyaların sayının artdığına istinad edərək Şərqi Azərbaycanda bütün iqtisadi problemlərə rəğmən istehsal sahəsində irəlləyiş olduğunu diqqətə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir