Bazar ertəsi , 6 May 2024
Ana səhifə / Azərbaycan / Etirazlar zamanı saxlanılan güney azərbaycanlı fəal Əli İbrahimi barəsində ağır mülki vəsiqə qərarı çıxarılıb

Etirazlar zamanı saxlanılan güney azərbaycanlı fəal Əli İbrahimi barəsində ağır mülki vəsiqə qərarı çıxarılıb

Tehran Məhkəməsinin Evin Zindanı şöbəsi (Dadsəra) kütləvi etirazlar zamanı saxlanılan güney azərbaycanlı fəal Əli İbrahimi barəsində 150 milyon tümənlik mülki vəsiqə qərarı çıxarıb.

Nəsimşəhr (“Əkbər abad”) sakini olan azərbaycanlı fəal noyabrın 19-da benzinin bahalaşması ilə əlaqədar keçirilən etirazlar zamanı Tehranda saxlanılaraq Evin Zindanının 209-cu korpusuna aparılmışdır.

Məlumata görə, dekabrın 14-də fəalın azadlığa buraxılması üçün 150 milyon tümənlik mülki vəsiqə təyin edilib.

Noyabr ayında İran və güney Azərbaycan şəhərlərində bahalığa qarşı kütləvi etiraz aksiyaları keçirildi. Tehran ətrafında yerləşən Nəsimşəhr, İslamşəhr, “Robat Kərim”, Kərəc və s. kimi şəhərlərdə keçirilən aksiyalarda etirazçılarla təhlükəsizlik qüvvələri arasında şiddətli qarşıdurma yaşandı. Sakinlərinin əksəriyəti türklərdən ibarət olan şəhərlərdə çox sayda etirazçı İranın güc strukturları tərəfindən öldürüldü, yüzlərlə aksiya iştirakçısı isə saxlanıldı. Kütləvi etirazlar geniş vüsət aldığı üçün öldürülən, yaralanan və saxlanılan azərbaycanlı etirazçıların hamısının kimliyini müəyyənləşdirmək bu günədək mümkün olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir