Şirazın “Qaşqay” futbol komandası Kirmanın “Mis” komandasını öz şəhərində qəbul edərək 3:1 hesabı ilə qalib gəlib.
İran çempionatının I dəstəsinin oyunları çərçivəsində keçirilən görüş Şirazın Hafeziyyə stadionunda baş tutub. Qaşqay türklərinin komandası birinci oyunda 3 xal (imtiyaz) əldə etməyə nail olub.
Oyunu izləyən Qaşqay türkləri “Türkcə mənim dilimdir – Qaşqay sevgilimdir” və “Yaşasın Azərbaycan” plakatları, həmçinin “Traxtur” futbol komandasının loqosunu nümayiş etdirərək İran coğrafiyasında yaşayan türk elləri arasında birlik olduğunu nümayiş etdiriblər.
Soydaşlarımız qaldırdıqları plakatla türk dilində təhsil almaq və bu dilin rəsmi olmasını da tələb edib.
Fars Əyalətinin mərkəzi şəhəri olan Şirazda bir çox millətlərə mənsub əhali var. Qaşqay türkləri Şiraz və ətraf bölgələrdə yaşayan türk millətinə mənsub xalqdir.