Bazar , 19 May 2024
Ana səhifə / Azərbaycan / Germidə partlayış baş verib: 2 ölü, 2 yaralı

Germidə partlayış baş verib: 2 ölü, 2 yaralı

Ərdəbil Əyalətinin Germi məntəqəsində bir yaşayış evində məişətdə istifadə edilən təbii qaz balonu partlayıb.

Hadisə Germinin Bildaşı kəndində baş verib. Partlayış nəticəsində 2 nəfər ölüb, iki nəfər isə yanıq xəsarətləri alıb.

Bu barədə Ərdəbil Əyaləti Təcili Tibbi Hadisələr Mərkəzinin rəisi Dr. Məcid Məhəmməd Qəribani martın 4-ü axşam saatlarında jurnalistlərə məlumat verib.

“Bu hadisə bir yaşayış evində baş verib. Partlayış nəticəsində bir qadın və bir kişi (bacı və qardaş) həlak olub, 2 nəfər isə xəsarət alıb. Yaralılar dərhal təcili tibbi yardım əməkdaşları tərəfindən Germinin Vilayət xəstəxanasına çatdırılıb”- deyə o bildirib.

Onun sözlərinə görə, hadisənin səbəbi və təfərrüatı  ekspertlər tərəfindən araşdırılır, hələlik bu barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Germi şəhəri şimal tərəfindən Ərdəbilin 110 kilometrliyində yerləşir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir