Cümə , 3 May 2024
Ana səhifə / Azərbaycan / Güney azərbacanlı öyrənci Məleykə Qaragözlü müvəqqəti azadlığa buraxılıb

Güney azərbacanlı öyrənci Məleykə Qaragözlü müvəqqəti azadlığa buraxılıb

Tehranda Əllamə Təbatəbayi Universitetində jurnalistka ixtisası üzrə təhsil alan Məleykə Qaragözlü təcridxanadan müvəqqəti sərbəst buraxılıb.

Güney azərbaycanlı öyrənci 600 milyon riallıq vəsiqə qarşılığında dekabrın 1-də Evin zindanından azad edilib.

Məleykə Qaragözlü benzinin bahalaşması ilə əlaqədar keçirilən etiraz aksiyaları zamanı yaxalanmışdır, o sərbəst buraxılanadək Evin zindanının “Sepah”ın kəşfiyyat mərkəzinə məxsus bölümündə saxlanılıb.

Qeyd etmək lazımdır ki, İranın bütün bölgələrində benzinin qiymətinin artırılmasına qarşı keçirilən etiraz aksiyalarında Güney Azərbaycan şəhərləri də aktiv iştirak edib. Etirazlar zamanı onlarla Azərbaycan türkü həbs edilib. Hələ ki, onlardan 30 nəfərinin adı məlumdur.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir